TOEFL, IELTS, GMAT, GRE, SAT/ACT hazırlıq kursları

Biz bütün narahatlıq cavab kömək edə bilər, əlverişli biznes məktəbləri və qəbul proqramları seçin daha ətraflı »

TOEFL üçün də uğurlu hazırlıq

Siz TOEFL üçün hazırlamaq bilər fərdi (evdə, ofisdə), və ya qrup. daha ətraflı »

GMAT üçün də uğurlu hazırlıq

Nəticəsində öz 99% ilə ekspert müəllimlər, adaptiv alqoritmi GMAT mükəmməl anlaşma. daha ətraflı »

IELTS uğurlu hazırlanması

Siz IELTS üçün hazırlıq olacaq birlikdə səviyyəli insanların ilə, şirkətlərin rəhbərləri. daha ətraflı »

SAT / ACT üçün uğurlu hazırlanması

Bizim təlim kursu SAT bitirdikdən sonra, bir dəfə iki imtahan dərhal hazır olacaq! daha ətraflı »

GMAT standartın üstünlüyü

Подготовка gmat

Bizim ABŞ-dan, Kanadadan, Avstraliyadan olan  müəllimlərimizin işləyib hazırladıqları ingilis dili bilgiləri üzrə imtahanların verilməsinə hazırlıq metodikası universal metodikadır. O,  testləşdirmənin beş əsas növünə hesablanıb  və hər bir imtahana hazırlıq zamanı eyni dərəcədə yaxşı işləyir. GMAT testlərinin verilməsinə hazırlıq proqramı onun bütün bölmələrini əhatə edir. Üç aylıq  təlim kursundan sonra qazanılacaq yüksək nəticə özünü çox gözlətməyəcək.  Müəyyən səylər göstərərək, qazandığınız bilgilərlə silahlanaraq, siz sabaha əminliklə baxacaqsınız.

İmtahançıya dəqiq və əminliklə cavab vermək üçün, cəld, ən əsası isə, doğru cavablar vermək vərdişini möhkəmləndirmək lazımdır. GMAT üzrə hazırlıq kurslarının təlim metodikası tərtib edilərkən müəllimlərimiz testlərin bütün bölmələrini dəqiqliklə işləyiblər. Siz imtahançının real suallarına cavab verməyi öyrənəcəksiniz. Bilikləriniz bütün təlim kursu boyu möhkəmləndiriləcək. Sınaq testləri dilin öyrənilməsindəki  boşluqları aşkarlayacaq və  fərdi proqramınızı korrektə etməyə  imkan verəcək. Test tapşırıqlarının hər bölməsi tədris  prosesi zamanı tam araşdırılır. Sentence Correction, Critical Reasoning, Reading Comprehension və Quantitative Section – test bölmələrinin bu adları kurslarımızda təlim keçərkən sizə öz sirlərini açacaq.  Mətnlərin yazılması ilə bağlı qrammatik tapşırıqları siz mühazirə materiallarının mənimsənilməsindən sonra yerinə yetirəcəksiniz.

Aşağıdakı  məlumatı diqqətlə oxuyun:

  1. Bizim tələbələr yüksək bal toplayırlar. İddiaçıların əksəriyyəti məhz nəzərdə tutduqları  qiymətləri alırlar.
  2. Uzun illərin tədris təcrübəsi – bizim böyük üstünlüyümüzdür. Məzunlarımız dünyanın hər yerində yaşayırlar. Bu, GMAT imtahanını ilk dəfədən verən çoxsaylı uğurlu tələbələr ordusudur.
  3. Yüksək ixtisaslı müəllimlər. Onların uzun illik təcrübəsi sizin xeyrinizə işləyəcək.
  4. Əlçatanlıq. Biz bilirik ki, iddiaçılar həyat yolunun başlanğıcındadırlar və o qədər də böyük maddi imkanlara malik deyillər. Belələri üçün bonus və güzəştlər edirik.
  5. Testin müvəffəqiyyətlə verilməsi. Bizim proqram hər bir tələbəyə uyğunlaşdırılmışdır. Onun keçilməsi testdən istədiyiniz qiyməti almağınıza kömək edəcək.
  6. Məşğələlərdə interaktiv.  Ünsiyyət prosesində təlim –  qrup daxilindəki münasibətləri belə səciyyələndirmək olar.
  7. Qrupda az sayda adamların olması. Qruplar 4-dən   8-ə qədər adamdan ibarət olur.
  8. Siz bütün materialları pulsuz alacaqsınız. Bunun üçün əlavə xərclər nəzərdə tutulmamışdır.

Məktəbimizin  metodikasının əsasları

Metodik işləmələrimizin əsasında kollec və universitetlərdə  çoxillik təcrübə dayanır. Onlar GMAT testləri müəlliflərinin daxil etdikləri yeniliklərə uyğun olaraq təkmilləşməkdə davam edirlər. Nəzərə alın – təlim müddətində siz sınaq testləri verəcəksiniz (onlar kursun ödənişinə daxildir).

Biz təlim prosesinə çox ciddi yanaşırıq. Kurslara qəbuldan əvvəl abituriyentlər ingilis dili üzrə sınaq testlərindən keçirlər. Əgər biz qənaətbəxş nəticə alırıqsa, iddiaçını kursa qəbul edirik. Test sınağından keçmək  qəbul zamanı vacib şərtdir.

Məşğələlər zamanı testə daxil ola biləcək məsələlər işlənilir. Təlim zamanı siz tələbələrin GMAT sistemi üzrə biliklərin qiymətləndirilməsi mərkəzində əvvəllər  verdikləri real test suallarını cavablandıracaqsınız.

Tələbələrin hazırlanması sistemi Mürəkkəb test suallarının müntəzəm təhlilini aparır, onların cavablandırılması metodikasını işləyib-hazırlayır və bununla da tələbələrin hazırlanması sistemini təkmilləşdirir. Belə testlərdə hər şey vacibdir, ən xırda bir detal sizin həyat yolunuzda maneəyə çevrilə bilər.

GMAT testlərini vermək üçün hazırlıq kursuna bütün zəruri metodikalar və əlavə materiallar daxil edilmişdir. GMAT  öz predmetini əsaslı şəkildə bilməyi və dərin dil vərdişləri tələb edən mürəkkəb peşəkar testdir.

GMAT kursları haqqında rəylər.

Test verənlərin  çoxu belə hesab edir ki, hər şey bir o qədər də pis deyil.. Düzgün yanaşma və sistematik biliklərin mövcud olduqları testin verilməsinin qeyri-real olması haqqında mif həddindən artıq şişirdilmiş olur.  Gərgin əmək öz bəhrəsini verir, damcı damı dəlir, yəni, siz yaxşı işləməklə, bu testi verəcəksiniz, dünyanın qabaqcıl ölkələrinin bilik dünyasına yol açacaqsınız. Test keçməkdə tələbələrə yardımçı olmalı ABŞ metodikası ən yaxşı rəylərə layiqdir.

Həyata müsbət yanaşma, təlim prosesinə nəzarət və ciddi intizam iddiaçılara öz peşələrində  istədikləri zirvələri fəth etməyə kömək edəcək.

GMAT hazırlığı üzrə kurslara necə yazılmaq olar.

General Management Admission Test (GMAT)- MBA (Master of Business Administration) proqramına daxil olarkən zəruri imtahandır. Əgər bu testə hazırlaşarkən çətinliyiniz yaranırsa, əgər siz testləşmənin müsbət nəticə verəcəyinə  əmin olmaq istəyirsinizsə, bizim mərkəzə müraciət edin. Biz bir çox insanlara kömək etmişik, sizin də köməyinizə gələrik.  Siz bizim  mərkəzdə ilk məşğələlərdən sonra kursları seçməklə düzgün hərəkət etdiyinizə inanacaqsınız.

Üç aylıq təlim zamanı siz dil mühitinə düşəcək, imtahançının verdiyi suallara tez və aydın cavab verməyə öyrəşəcəksiniz. Real testlər əsasında öyrənmək imkanı – bizim kursların əsas üstünlüyüdür. Belə hazırlıq metodunu biz “Standart” adlandırırıq.

Təlimin ekspress-kursu 6 həftə davam edir və “İntensiv” adlanır.
Biz təlim kurslarına yazılışı telefon və ya elektron poctla həyata keçiririk. Müsahibədən və qəbul testlərini keçdikdən sonra biz sizi kursa qəbul edirik və sizə metodik material veririk. Qəbul testləşdirilməsi dli bilgilərinin səviyyəsini və yeni informasiyanı mənimsəmək imkanını aşkara çıxarır.