Xarici ali təhsil məktəbinə necə daxil olmalı

Hazırlıq proqramları.

Xaricdə təhsil almaq arzusunda olan şəxslərə bəzən kifayət qədər ciddi olan müxtəlif tələblər irəli sürülür. Daxil olmaq üçün dil və akademik testləri (TOEFL, IELTS, SAT, GRE, GMAT və s.) vermək, sənədlərin müsabiqəsindən, bəzən isə müsahibədən  keçmək lazımdır. Bir qayda olaraq, ali təhsil məktəbləri 18 yaşından yuxarı tələbələri qəbul edirlər. Öz ölkəsində orta məktəbi bitirdikdən sonra universitetlərin özlərində, ali təhsil məktəbləri ilə tərəfdaşlıq razılaşması bağlamış xüsusi kolleclərin və irimiqyaslı dil məktəblərinin bazasında fəaliyyət göstərən xüsusi hazırlıq kursunu (Foundation) keçmək tələb olunur.  Nümunəvi hazırlıq proqramı özünə seçilmiş gələcək ixtisasla bağlı akademik fənlər üzrə məşğələləri, xarici dilin öyrənilməsini və tədris vərdişlərinə yiyələnməyi daxil edir. Universitetlərin qəbul komissiyaları öz işinə sentyabr ayından başlayır. Universitetlərin əksəriyyətində sənədləri iyun ayının ortalarından təqdim etmək mümkündür. Universitetlər hər il bütün dünyadan minlərlə ərizə alırlar, yerlər first come first served (ərizələrin daxil olması qaydasında) prinsipi üzrə bölüşdürülür. Universitet tərəfindən sənədlərə baxılmasına 4 həftəyədək, işin çox olduğu aylarda isə (fevral-aprel) 2-3 ay vaxt sərf edilir.

Tələbə vizasının alınması prosesi də uzun müddət tələb edir: bütün ölkələrin səfirlikləri tələbə vizası almaq üçün sənədlərə yüksək tələbkarlıq göstərir və qərarı 3-4 həftə ərzində qəbul edirlər. Buna görə də universitetə daxil olmaq üçün hazırlıq işlərini artıq demək olar ki, məşğələlərə başlamazdan bir il qabaq oktyabr-noyabr aylarında başlamaq lazımdır. Hər bir tələbə üçün ən xoşbəxt an universitetdən Offer Letter – qəbul olunduğu haqda bildiriş almaqdır.