TOEFL, IELTS, GMAT, GRE, SAT/ACT hazırlıq kursları

Biz bütün narahatlıq cavab kömək edə bilər, əlverişli biznes məktəbləri və qəbul proqramları seçin daha ətraflı »

TOEFL üçün də uğurlu hazırlıq

Siz TOEFL üçün hazırlamaq bilər fərdi (evdə, ofisdə), və ya qrup. daha ətraflı »

GMAT üçün də uğurlu hazırlıq

Nəticəsində öz 99% ilə ekspert müəllimlər, adaptiv alqoritmi GMAT mükəmməl anlaşma. daha ətraflı »

IELTS uğurlu hazırlanması

Siz IELTS üçün hazırlıq olacaq birlikdə səviyyəli insanların ilə, şirkətlərin rəhbərləri. daha ətraflı »

SAT / ACT üçün uğurlu hazırlanması

Bizim təlim kursu SAT bitirdikdən sonra, bir dəfə iki imtahan dərhal hazır olacaq! daha ətraflı »

IELTS hazırlıq kursları

Подготовка к ielts

IELTS standartının üstünlükləri

Məktəbimizin hazırladığı metodika Avropa və Amerika linqvistləri tərəfindən tanınmış və müsbət dəyərləndirilmişdir. Tədrislə məşğul olduğumuz  səkkiz il ərzində böyük təcrübə qazanılmış, IELTS sertifikatı almaq üçün iddiaçının üzləşəcəyi bütün imtahan sualları sistemləşdirilmiş və tədris prosesi təshih edilmişdir. Əgər sizin ingilis dilini bilməyiniz orta səviyyədədirsə, bizim metodikamızın köməyi ilə onu təkmilləşdirə bilərsiniz. İşləyib hazırladığımız proqram IELTS  testini vermək üçün vacib olan bilik səviyyəsinə nail olmaqda sizə kömək edər.

  1. Testləşmənin yüksək nəticələri. Bizim hazırladığımız iddiaçılar IELTS üzrə təestlərdə  7.5-dən yuxarı bal toplayırlar.
  2. Tədris təcrübəsi. Bizim müdavimlərimiz sırasında bütün dünyada yüzlərlə millətin nümayəndələri vardır.
  3. Müəllimlərin yüksək peşəkarlığı. Bizim müəllimlər bütün dünyada minnətdar müdavimləri olan təcrübəli mütəxəssislərdirlər.
  4. Rasional qiymətlər. Biz tələbələrimizə güzəştlər etməyə hazırıq.
  5. Həyəcanlanmağa dəyməz. Biz, sizin IELTS imtahanını uğurla verməyiniz üçün hazırlığınıza görə məsuliyyəti üzərimizə götürürük.
  6. Məşğələlər interaktiv formada keçir. Qrupdakı mehriban və qarşılıqlı anlaşma  mühiti sizə materialı mənimsəməkdə yardımçı olar.
  7. Hər bir iddiaçıya diqqət. Bizim prinsipimiz – 4-10 nəfərdən ibarət qrupların formalaşdırılmasıdır.
  8. Ödəniş yalnız alınmış biliyə görədir. Bütün metodik vəsaitləri tələbə pulsuz əldə edir.

 IELTS testi haqqında

IELTS ingilis dili doğma dili olmayan insanların bu dili bilmə səviyyəsini aşkar etmək üçün ən geniş yayılmış testlərdən hesab olunur. Əgər siz beynəlxalq səviyyəli təhsil almaq, yaxud ölkədən kənarda çalışmaq istəyirsinizsə, çox güman ki, sizin IELTS-ın dil sertifikatına ehtiyacınız olacaq. Böyük Britaniya, Avstraliya, ABŞ, Avropa, Kanada və bir sıra başqa ölkələr təhsilə qəbul zamanı digər sənədlərlə yanaşı məhz bu sertifikatı tələb edir. Lütfən yadda saxlayın:

  1. IELTS testinin verilməsi haqqında sənədi xaricdə 6000-ə yaxın tədris müəssisəsi tələb edir. Bu universitetlərdə əsas tədris dili ingilis dilidir.
  2. İşə düzəlmək üçün icazə alınan zaman IELTS sertifikatının olması həlledici amil ola bilər. İstənilən ölkədə işə düzələn zaman üstünlük dili yaxşı bilən namizədə verilir.

Əgər siz qarşınıza yüksək məqsədlər qoymuşsunuzsa, əgər siz uğurlu karyera qurmaq istəyirsinizsə, ingilis dilini bilməyiniz vacibdir. Əlbəttə, bu biliklər müəyyən sertifikatla öz əksini taparsa, çox yaxşı olar.

Dil kurslarının düzgün seçimi – uğurlarınızın rəhnidir.

Hazırda imtahanın verilməsi üçün çoxlu hazırlıq kursları mövcuddur. Bizim metodika üzrə fəaliyyət göstərən kurslar isə unikaldır. Onlar başqaları ilə müqayisədə optimal dərəcədə qısa bir müddət ərzində müxtəlif istiqamət və müxtəlif mürəkkəblik səviyyəli testlərə hazırlaşmağa və həmin testlər üzrə sınaqları verməyə imkan yaradır. Hazırlıq kompleks və məqsədyönlü şəkildə aparılmaqla, audio və mətn informasiyalarının öyrənilməsi, böyük həcmdə dil ünsiyyəti və mütəmadi olaraq mətnlərin yazılması üzrə məşğələlərin keçirilməsi ilə səciyyələnir. Hazırlıq kurslarını bitirdikdən sonra IETLS üzrə testləşdirmə sizə çətin gəlməyəcək.

IELTS üzrə testləşdirmənin yüksək balla nəticələnməsi üçün sizin ingilis dilini bilməyiniz upper-intermediate səviyyəsində olmalıdır, əks təqdirdə məhdud lüğət ehtiyatınız bunu etməyə imkan verməyəcək. İmtahana hazırlıq müəyyən olunmuş müddət ərzində keçirilməlidir. Ev tapşırıqlarına etinasız yanaşmaq olmaz. Siz büsbütün dil mühiti ilə əhatə olunmalısınız, yalnız bu halda sizin əməyiniz uğurla nəticələnər. Lazımı vərdişlərə yiyələnməkdə sizə məktəbin hazırladığı metodik tövsiyələrə əsaslanan dil kursları kömək edər.

Ukraynada IELTS sertifikatını almaq –  uğurlu həyata vəsiqənizdir. Kiyevdə hazırlıq  üçün qiymətlər demokratik və məqbuldur. Gənc abituriyentlərə müxtəlif endirimlər etməyə hazırıq. Kursların ödənişinə bütün metodik ədəbiyyat daxildir.  Testin nəticələrinə görə bizim  müdavimlərimiz 7.5-dən aşağı  bal toplamırlar. Buna səbəb qrupların azsaylı olmasıdır.

4, maksimum 10 nəfərdən ibarət olan kollektivdəki isti, mehriban və qarşılıqlı anlaşma  mühiti  tədris prosesinə müsbət təsir göstərir.

Xarici dilin öyrənilməsi müntəzəm bir proses kimi daima diqqət və dəstək tələb edir. Məktəbin metodiki vəsaitləri üzrə kursları bu prosesə tam yiyələnməyinizə kömək edər, onu daha zəngin və maraqlı edər.