TOEFL, IELTS, GMAT, GRE, SAT/ACT hazırlıq kursları

Biz bütün narahatlıq cavab kömək edə bilər, əlverişli biznes məktəbləri və qəbul proqramları seçin daha ətraflı »

TOEFL üçün də uğurlu hazırlıq

Siz TOEFL üçün hazırlamaq bilər fərdi (evdə, ofisdə), və ya qrup. daha ətraflı »

GMAT üçün də uğurlu hazırlıq

Nəticəsində öz 99% ilə ekspert müəllimlər, adaptiv alqoritmi GMAT mükəmməl anlaşma. daha ətraflı »

IELTS uğurlu hazırlanması

Siz IELTS üçün hazırlıq olacaq birlikdə səviyyəli insanların ilə, şirkətlərin rəhbərləri. daha ətraflı »

SAT / ACT üçün uğurlu hazırlanması

Bizim təlim kursu SAT bitirdikdən sonra, bir dəfə iki imtahan dərhal hazır olacaq! daha ətraflı »

TOEFL testinin verilməsi

подготовка toefl

Qarşısına məqsəd qoymuş hər bir iddiaçı TOEFL testini 110 baldan aşağı olmayan nəticə ilə vermək istəyirsə, öz arzularını iki yolla gerçəkləşdirə bilər: səbrlə biliklərə təkbaşına yiyələnməklə ortaya çıxan çətinliklərin optimal həllini tapmaq, yaxud da daha rasional yol olan TOEFL Standart hazırlıq kurslarının Kiyev  bölməsinə yazılmaqla istəyinə nail olmaq. Bizim əsas kontingentimiz xaricdə təhsil almaq istəyən və bunun üçün əsas şərt olan yaxşı səviyyədə dil bilgisi barədə sertifikata malik ,   yüksək keçid balı qazanmış tələbələrdir.

  1.  Yüksək reytinq. Bizim kursları bitirmiş gənclərin demək olar ki, hamısı, testdən 110 bal toplamışdır.
  2. Aparılmış hazırlıq təcrübəsi. TOEFL-da əla hazırlığa görə bütün dünyada bu kursları bitirmiş tələbələr bizə minnətdarlıqlarını bildirirlər. Xidmət  bazarında ingilis dilinin öyrədilməsi üzrə illər boyu göstərdiyimiz fəaliyyət bizə digərləri qarşısında böyük üstünlüklər vermişdir.
  3. Müəllim heyətinin tərkibi. Biz özünü müxtəlif ölkələrdə yaxşı cəhətdən göstərmiş güclü mütəxəssis heyətinə malikik.
  4. Adekvat qiymətlər. Biz başa düşürük ki, gənclərin böyük məbləğdə maddi  imkanları yoxdur. Onlar müstəqil həyata daxil olmağa və karyera qurmağa hazırlaşırlar. Tələbələr etibarlı iş və yaxşı əməkhaqqı almaq yoluna qədəm qoyurlar. Biz onlara dəstək oluruq. Bizim tərəfimizdən testləşdirməyə hazırlıq proqramı üzrə maddi güzəştlər sistemi işlənib hazırlamışdır.
  5. Hər bir tələbəyə fərdi yanaşma. Hazırlıq prosesində hər bir iddiaçının zəif tərəflərini və mövcud boşluqları aşkara çıxarır və bu “zəif” yerləri aradan qaldırmaq üçün bütün gücümüzü sərf edirik. Biz sizi testi birinci dəfədən verməyə hazırlayırıq.
  6. İnteraktiv məşğələlər. Tədris prosesi tələbələri məcbur etmədən, oyun formasında keçirilir. Bizim məşğələlərimizdə siz bütün çatışmazlıqları təbii ki, heç bir gərginlik olmadan aradan qaldıracaqsınız.
  7. Az sayda qrup tərkibi. Bizim tədris sxemində mövcud olan prinsipə görə qrupda 10 nəfərdən artıq tələbə olmamalıdır.
  8. Minimal xərclər. Siz yalnız məşğələlərin pulunu ödəyirsiniz. Bütün metodiki vəsaitlər abituriyentlərə pulsuz verilir.

Bizim kurs məşğələlərimiz dil öyrənilməsi üzrə xidmət bazarında ən intensiv hesab olunur. Məhz buna görə də siz gücünüzü düzgün dəyərləndirməlisiniz. Yüksək motivlənmənin mövcudluğu məşğələlərin keçirilməsi üçün əsas səbəbdir.

TOEFL hazırlıq kursunun təsviri və oraya daxil olma şərtləri

Bizim kurslarda təhsil almaq üçün ingilis dilini bilmə səviyyənizi müəyyənləşdirmək məqsədi ilə sınaq testindən keçməlisiniz. Yazılı test keçməyiniz də mümkündür. Bu sizi qorxutmamalıdır. Biz məşğələlərimizin effektiv keçəcəyinə əmin olmalıyıq. Toxum münbit şəraitə düşməlidir. Sizin dili bilməyiniz orta səviyyədən aşağı olmamalıdır, yaxşı olardı ki, bu orta səviyyədən yüksək İntermediate or Advanced səviyyəsində olsun. Bu halda siz TOEFL Standart kursunu tam mənimsəmiş olarsınız və əminliklə test suallarına cavab verə bilərsiniz. Biz bu məsələdə heç kəsə istisnalar etmirik. Kursa yazılmaq üçün vacib şərtlərdən biri şifahi danışıq testindən keçmək və müəllimlə müsahibədir. Hazırlıq kursumuzun məşğələlərində biz testlərin bütün bölmələrini təhlil edirik. Biz cavab variantlarını nəzərdən keçiririk, bu testlərin həllində sizə düzgün strategiya seçməyi öyrədirik. Bizim bilavasitə vəzifəmiz sizin biliklərinizi düzgün istiqamətləndirməkdən, təlimdə sizə kömək etməkdən və müsbət nəticə əldə etməyinizə təminatçı olmaqdan ibarətdir.

Dinləmə və oxu ilə bağlı test tapşırıqlarının yerinə yetirilməsi üçün biz hər kəsə fərdi fəaliyyət modeli işləyib hazırlayırıq. Mühazirələr, testlər, sinifdə iş və müstəqil tapşırıqların yerinə yetirilməsin – bütün unlar hazırlıq kursunun mahiyyətini, onun hər bir abituriyentə ünvanlanmış əsas fəaliyyətini   təşkil edir. Ötən illərin real testləri üzrə sınaq testləşdirilməsinin keçirilməsi hazırıq  prosesinin bir mərhələsi hesab olunur.

Əgər siz TOEFL testləşməsi üzrə hazırlığın bu mərhələsinin keçilməsini özünüz üçün lazım hesab edirsinizsə, onda İnternet poçtu, yaxud zəng edərək bizə müraciət edin. Biz bütün məsələlərin həlli üçün sizinlə əlaqə yaradarıq.

Bizim məktəb qarşınızda yeni bilik dünyasına qapı açacaq.

TOEFL attestasiyası sizin yeni həyata vəsiqənizdir

TOEFL attestasiya kursunu (Test of English as Foreight language) keçmək inkişaf  etmiş ölkələrdə təhsil almaq istəyən və ingilis dili doğma dili hesab olunmayan hər bir şəxs üçün ən geniş yayılmış və unifikasiya edilmiş tələbdir. İlk vaxtlarda bu testlərin nəticələrindən yalnız Amerika Birləşmiş Ştatlarının ali təhsil məktəbləri istifadə edirdi. Hazırda onun nəticələrini, ölkəsindən və yerindən asılı olmayaraq, bütün ingilisdilli tədris müəssisələri nəzərə alırlar.

TOEFL sertifikatı verildiyi tarixdən başlayaraq iki il müddətinə qüvvədədir.

Nəzərə alın ki, TOEFL testinin spesifikası mövcuddur. Bu ingilis dilinin Amerika variantıdır. Əgər siz Britaniya təhsili alımsınızsa, məntiqi ifadələrin quruluşunu və qrammatik xüsusiyyətlərin fərqini nəzərə almağı bacarmalısınız.

Bütün bunları bizim kurslarda keçdiyiniz tədris prosesində öyrənə bilərsiniz.

Bizi necə tapmaq olur.

TOEFL imtahan kursunu yalnız sertifikat sənədi ilə təsdiq olunmuş attestasiyası olan mərkəzdə vermək olar. Belə kurslar Ukraynada, o cümlədən Kiyevdə, mövcuddur.  Orada sizə imtahan üçün nömrə, imtahanın yeri, vaxtı bildiriləcək.

Bizim kurslarda təhsil sizə biliklərinizi sistemləşdirməkdə, lüğət ehtiyatınıza nəzər salmaqda, habelə imtahana hazırlaşmaqda kömək edər. Siz söz ehtiyatınızı genişləndirərsiniz.

Hazırlıq aşağıda sadalanan test bölmələri üzrə biliklərinizin artırılmasına yönəlmişdir: yazı, oxu, qrammatika, sualları dinləmək və onlara düzgün cavab vermək vərdişləri, dili anlamaq və eşidilənləri adekvat olaraq dəyərləndirmək.

Test sınağına hazırlıq üçün lazım olan bütün linqvistik ədəbiyyat abituriyentlərə tam həcmdə verilir. Bunlar tələbəyə bütün test bölmələrini düzgün keçməyə yardımçı ola biləcək dar ixtisaslaşmaya yönəlmiş xüsusi vəsaitlərdir.

Biz demokratik dəyərlərimizlə fəxr edirik. Düzgün qiymət siyasəti bizə kursları təşkil etdiyimiz bütün ölkələrdə dəfələrlə uğur qazanmaq imkanı vermişdir.

Testləşdirməyə hazırlıq zamanı əlavə materiallar tələbələrə pulsuz verilir. Siz yalnız Kevinin işləyib hazırladığı metodika üzrə məşğələlərə görə ödəniş edirsiniz.

Biz məmnuniyyətlə sizə avtomatlaşdırılmış test mərkəzimizdə TOEFL iBT üzrə test verməyinizi təklif etməyə şadıq!