TOEFL beynəlxalq imtahanı nə deməkdir?

TOEFL (Test of English as a Foreign Language) Təhsil Səviyyəsini Yoxlayan Xidmətin (ETS – Education Testing Service) yazdığı bir çox standartlaşdırılmış testlərdən biridir.TOEFL testi ABŞ, yaxud Kanada ali təhsil ocaqlarında oxumağa hazırlaşan, MBA proqramlarına daxil olmaq istəyən şəxslər, və işəgötürənləri TOEFL üzrə biliyi məcburi işəgötürmə şərti kimi irəli sürən şəxslər üçün nəzərdə tutulmuşdur.
TOEFL test sistemi verilən cavablar arasında düzgünün cavabın seçilməsini tələb edən müxtəlif növ suallardan ibarətdir.

TOEFL iBT nə deməıkdir ?
TOEFL iBT (internet-based version of the TOEFL) — TOEFL beynəlxalq imtahanının yeni internet – versiyasıdır.

Testin yeni formatı dil bilgisinin dörd növü üçün nəzərdə tutulmuşdur: şifahi danışıq, oxunan mətnin başa düşülməsi, dinləməklə şifahi nitqin başa düşülməsi və yazı: Reading, Listening, Writing и Speaking

Testin ümumi davamiyyət müddəti  təxminən dörd saatdır. TOEFL iBT-də testin əvvəlki versiyasından tapşırıqlar, eləcə də ümumiləşdirmə prinsipi üzrə tərtib edilmiş və bir  neçə dil vərdişlərinə toxunan yeni tapşırıqlar verilir.

Speaking (şifahi nitq) yeni bölməsində qulaqcıq və mikrofon vasitəsilə yerinə yetirilməsi lazım olan 6 tapşırıq verilir. Writing bölməsi genişləndirilmiş və essenin oxunmuş mətn və ona verilən şərh əsasında yazıldığı ümumiləşdirilmiş tapşırıqlardan  ibarətdir.  Test zamanı qeydlərin edilməsinə icazə verilir.

TOEFL beynəlxalq sertifikatı iki il müddətində etibarlıdır.

Sertifikatın özündən başqa, imtahanın nəticələrini də İnternetdə əldə etmək mümkündür və sizin poçt ünvanınıza göndərilə bilər.

TOEFL imtahanına qeydiyyat www.toefl.org rəsmi saytında aparılır.